RU

İki azərbaycanlı hücumçu eyni komandada forma geyinəcək?

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni mövsümə Türkiyədə başlaya bilər.

Sportinfo.az "Çağdaş Kocaeli"yə istinadən xəbər verir ki, yeni mövsümdə Superliqaya vəsiqə qazanmaq niyyətində olan "Kocaelispor" İsveçrənin "Qrasshopper" klubuna məxsus olan hücumçu ilə yaxından maraqlanır.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

İzmit klubunda hazırda millimizin digər üzvü Ramil Şeydayev forma geyinir.

Əlavə edək ki, Renat Dadaşov ötən mövsümü "Hatayspor"da icarə əsasında oynayıb və 33 matçda 6 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
sportinfo.az

1Источники