RU

Əhalisi ən çox olan ölkələr

Yazını böyüt
Yazını kiçilt

Araşdırmalara görə, ötən əsrin ortalarından bəri dünya əhalisi üç dəfə artıb və bu prosesin daha da sürətlə davam edəcəyi gözlənilir.

Hafta.az-ın yazdığına görə, dünya əhalisi səhiyyə sistemlərinin inkişafı ilə birlikdə insan ömrünün uzadılması, miqrasiya, urbanizasiya sürəti və doğumun artması ilə mütənasib olaraq irəliləyir.

1950-ci ildə dünyada təqribən 2,5 milyard insan yaşadığı halda, 2010-cu ildən etibarən ümumi əhaliyə 1 milyard, 1998-ci ildən isə 2 milyard insan əlavə edilib. Yaxın 30 ildə dünya əhalisinin 2 milyard nəfər artaraq 2050-ci ildə 9,7 milyarda çatacağı gözlənilir. 2080-ci illərin ortalarına qədər əhalinin 10,4 milyard nəfərə çatacağı gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun köməyi ilə hazırlanan siyahını “İnsider Monkey” nəşr edib.

2024-cü ilədək dünyada ən çox əhalinın yaşadığı 10 ölkə aşağıdakılardır:

1. Hindistan 1 milyard 441 milyon nəfər, 2. Çin 1 milyard 425 milyon nəfər, 3. ABŞ 341,8 milyon nəfər, 4. İndoneziya 279,8 milyon nəfər, 5. Pakistan 245,2 milyon nəfər, 6. Nigeriya 229,2 milyon nəfər, 7. Braziliya 217,6 milyon nəfər, 8. Banqladeş 174,7 milyon nəfər, 9. Rusiya 144 milyon nəfər, 10. Efiopiya 129,7 milyon nəfər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
hafta.az

1Источники