RU

Şolts: Fransadakı seçkilərdən narahatam

Fransa prezidenti Emmanuel Makron Avropa Parlamenti seçkilərində ifrat sağçıların geniş fərqlə birinci yeri tutmasından sonra 30 iyun-7 iyul tarixlərində növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Fransada keçiriləcək seçkilərin nəticələrindən narahat olduğunu bildirib.
Olaf Şolts Almaniyanın ARD televiziya kanalına verdiyi açıqlamada, “Fransadakı seçkilərdən narahatam, bunu açıq şəkildə demək istəyirəm. Ümid edirəm ki, Le Pendən başqa partiyalar seçkilərdə belə desək, uğur qazanacaqlar. Buna fransızlar qərar verəcək”,-deyib.
Fransada seçkilərin nəticələri nə olursa olsun, xüsusilə AB toplantılarında Fransa prezidenti Emmanuel Makronu hökumətin lideri olaraq görəcəyini ifadə edən Şolts, ifrat sağın erkən seçkilərdə qalib gəlməsi halında hələ də dəyişiklik olacağını vurğulayıb.
Kansler Şolts, bəzi digər ölkələrdəki Avropa seçkilərinin nəticələrinin daha dramatik olduğunu vurğulayaraq, “Deyə bilərəm ki, Almaniyada qeydə alınan nəticə qədər bu, bizi üzdü”.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
elchi.az

1Источники