RU

ABŞ: “İsrailin Livandakı əməliyyatı İranla münaqişə riskini artıra bilər”

İsrailin Livandakı şiə Hizbullah hərəkatına zərbə endirməsi İran və ona bağlı qurumların iştirakı ilə daha geniş münaqişə ehtimalını artıra bilər.

Editor.az “Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun Kabo-Verdedə deyib. Generalın fikrincə, İsrailin hərəkətləri və Hizbullahı təhdid etməsi münaqişənin qızışmasına səbəb ola bilər. O qeyd edib ki, Hizbullah HƏMAS-dan daha böyük potensiala malikdir və İrandan əhəmiyyətli dəstək alır. Braun həmçinin vurğulayıb ki, İsrailin gələcək hərəkətlərini proqnozlaşdırmaq çətindir. General münaqişənin regionda mümkün yayılmasından narahatlığını dilə gətirib ki, bu da İsrailin təkcə ölkənin cənubu deyil, həm də şimalı ilə bağlı narahatlığına səbəb olub. O qeyd edib ki, Hizbullahın böyük hücumu zamanı ABŞ-ın İsrailə müdafiədə kömək etməsi çətin ola bilər.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
editor.az

1Источники