1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, ikimərtəbəli 3 otaqlı evin zirzəmisinin yanar konstruksiyaları, içərisinə yığılan əşyalar və taxta tullantıları 60 m² sahədə, 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları, ev əşyaları 45 m² sahədə, bitişik sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.