RU

Tacikistanda hicab və saqqal rəsmən yasaqlandı

Yazını böyüt
Yazını kiçilt

Tacikistan prezidenti hicab taxmağın və saqqal saxlamağın qadağan edilməsi də daxil olmaqla, bir sıra qanunvericilik dəyişikliklərini imzalayıb.

Hafta.az-ın yazdığına görə, ölkə vətəndaşlarının əvvəlcə İranda, sonra isə Moskvada dəhşətli terror hadisələri təşkil etməsindən sonra ifrat radikal dini terror təşkilatlarına qarşı mübarizəni gücləndirən Tacikistan qonşusu Əfqanıstandan gələn ekstremist təhlükəni dəf etmək üçün bir sıra qadağalar qoyub.

Bu qadağalar arasında ən çox diqqət çəkən saqqal və hicab qadağası olub. Əslində dövlət müəssisələrində və universitetlərdə çalışanlar üçün uzun müddətdir ki, qadınların hicab taxması, kişilərin saqqal saxlaması qeyri-rəsmi yasaqlanıb.

Mütəxəssislər bu qanunları Tacikistanda radikal islama nəzarət etmək kimi şərh edirlər.

“Asia-Plus”un məlumatına görə, Tacikistanda ənənəvi geyimdən başqa hicab taxan qadınlar cərimələnəcək.

Bununla belə, qanunun özündə hansı geyim növünün “yad” sayılması və qadağan edilməsi göstərilməyib.

Qadağan edilmiş “idqardak” ənənəsi Qurban bayramı, Fitr bayramı və Novruz bayramı ilə bağlı ənənədir. Bu dövrdə uşaqlar gözəl paltarlar geyinir və böyük çantalarla qapı-qapı gəzir, müxtəlif nemətlər yığırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
hafta.az

1Источники