RU

Ruslar Türkiyədən bu səbəbə görə imtina edirlər

Türkiyənin turizm sektoru yüksək qiymətlər fonunda rusiyalı turistlərini itirməkdən qorxur.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli iqtisadçı Taylan Böyükşahin "RİA Novosti"yə bildirib.

"Rusiyadan Türkiyəyə iyul turlarına tələbatın az olması otelçilərin qiymətləri aşağı salmağa başlamasına səbəb olub", - bunu isə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti, “Russian Ekspress” turoperatorunun baş direktoru Taras Kobişşanov bildirib.

"Niyə Türkiyədə olan qiymətlər ruslar üçün hələ də çox yüksək olaraq qalır" sualına ekspert cavab verib ki, bu, rublun məzənnəsi ilə bağlıdır.

Onun sözlərinə görə, iyul ayında Türkiyəyə sadə dördulduzlu otelə səyahət Rusiyadan gələn turistlərə 10 gecəlik orta hesabla 135-160 min rubla (3 min 56 manat) başa gələcək. Beşulduzlu oteldə isə bu, nə az, nə çox 315 min rubla başa gələcək - iki nəfər üçün 350 min rubl (6 min 685 manat).

"İnflyasiya ilə mübarizə çərçivəsində Türkiyənin valyuta məzənnələrini yüksəltməsi arzuolunan deyil. Valyuta məzənnələrinin artması ilə inflyasiya da artdığı üçün bu siyasət həyata keçirilir. Türk lirəsi ilə yüksək xərci çıxan şirkətlər, öz mal və xidmətlərinə xarici valyutada satmaq üçün yüksək qiymətlər təyin edirlər”, - deyə Böyükşahin bildirib.

Onun sözlərinə görə, orta hesabla 1500-2000 avro (təxminən 3 min 636 manat) olan bir həftəlik məzuniyyətin qiyməti 3000 avrodan (5 min 454 manat) yuxarı qalxıb.

Belə olanda isə ölkəyə turist axını zəifləyir. Ekspert deyib ki, avropalı turistlər bu vəziyyətdə özlərini xüsusilə narahat hiss edir və başqa ölkələrə üz tuturlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
publika.az

1Источники