RU

“Big Four” şirkətlərinin «problem yoxdur, hər şey yaxşıdır» dediyi şirkətlərin - 75%-i BANKROT OLUB – ARAŞDIRMA

Şirkətlərin maliyyə vəziyyətinin araşdırılması və mümkün problemlərinin ortaya çıxarılması üçün aparılan audit yoxlamalarının böyük hissəsi buradakı problemləri aşkar edə bilmir.

FED.az xəbər verir ki, bu barədə «Financial Times»in Britaniyada apardığı araşdırmasından sonra məlum olub.

Araşdırma Britaniyada 2010-cu ildən indiyədək müflis olan şirkətlər üzrə aparılıb. Məlum olub ki, auditor şirkətləri, o cümlədən dünyanın ən nüfuzlu şirkətləri sayılan «Böyük Dördlüyə» daxilolan şirkətər müflis olmuş şirkətlərin 75%-də problemi görməyiblər. Bu isə onların əsas funksiyalarını yerinə yetirə bilmədiyini göstərir.

Şeffild Universitetinin analitika mərkəzinin audit laboratoriyasının araşdırmasına görə, əslində auditorlar şirkətlərin fəaliyyətinin fasiləsizliyi ilə bağlı məsələləri araşdırmalı və bununla bağlı problem varsa xəbərdarlıq etməlidirlər.

Amma araşdırma aparılan 2010-2022-ci illərdə müflis olmuş 250 iri şirkətdə məlum olub ki, audit şirkətləri belə etməyiblər. Məsələn, məşhur «Ernst ən Yanq» (EY) şirkəti müflis olmuş hər 5 şirkətdən yalnız 1-də problemin olduğunu bildirib, yəni 80% hallarda şirkət problemi görməyib. Bu «Böyük Dördlüyə» daxil olan şirkətlər arasında ən aşağı göstəricidir.

Digər məşhur şirkətlər «PwC», «Deloitte» və «KPMG» də heç də həmişə problemi vaxtında görə bilməyiblər.  Belə ki, «PwC» şirkəti problem olan şirkətlərin cəmi 23%-də, «Deloitte» 36%-də, «KPMG» isə 38%-də problemi görüblər.

«Böyük Dördlüyə» daxil olmayan şirkətlərdə vəziyyət daha pisdir – burada şirkətlər yalnız hər 6 haldan 1-də (17%) şirkətdəki problemi görüb xəbərdar ediblər.

Baxmayaraq ki, 2020-2022-ci illərdə «Böyük Dördlüyə» daxil olan şirkətlərdə orta maaşlar 30%-ə qədər artaraq illik ortalama 872 500 funt sterlinqə yüksəlib.

«Narahatlıq var ki, auditorlar lazımi olan qədər tələbkar deyillər»-deyə araşdırmada göstərilir. 

«Müflis olaraq ləğv edilən 250 şirkətdən 38-i özünün son hesabatında dividend ödəyəcəyini elan edib. Bu şirkətlərdən 10-u ili zərərlə başa vurmasına baxmayaraq dividend ödəyəcəyini elan edib, daha 2 şirkət isə xalis aktivlərində mənfi balans olduğu halda dividend ödəyəcəyini elan edib. Halbuki bu ödəmə qabiliyyəti ilə bağlı yüksək riskin olmasının göstəricisidir»»-deyə hesabatda bildirilir.

Bəs auditorlar – tanınmış audit şirkətləri belə həyacan siqnallarını nə üçün vaxtında görə bilmirlər?

Bir qədər əvvəl Britaniyanın mühasibat uçotuna nəzarət qurumu «PwC» və «EY» şirkətlərinə çoxmilyonluq cərimələr tətbiq edib. Buna səbəb həmin şirkətlərin «London Capital & Finance» şitrkətinin auditində yol verdikləri boşluqlar olub. İndi həmin şirkət artıq ləğv edilib.

Son illər böyük şirkətlərdə baş verən müülisləşmələr, o cümlədən «BHS» mağazalar şəbəkəsi, «Carillion» əmək şirkəti və «Thomas Cook» turizm şirkətinin müslisləşməsi hökuməti auditorlara nəzarəti artırmağa vadar edib.

Artıq hökumətdə bildirilir ki, auditlə bağlı yeni, daha sərt yanaşma tətbiq edilməlidir, çünki indiki audit səviyyəsi şirkətlərdəki əsl vəziyyəti üzə çıxarmağa və problemləri aşkar etməyə imkan vermir. İri audit şirkətlərinin əməkdaşları isə böyük qonorarlar alaraq daha məsuliyyətsiz olmağa başlayıblar

«Audit mədəniyyətində islahatlar aparılmayınca və yeni, daha effektiv audit sistemi qurulmayınca audit şirkətlərinin partnyorları işlərindəki uğursuzluqlara baxmayaraq böyük qonorarlar almaqda davam edəcək. Bu isə ölkənin işgüzər aləminə böyük zərər vurur» - deyə hesabatda bildirilir.

Qeyd edək ki, hesabatda adları çəkilən «Böyük Dördlü»yə daxil olan şirkətlər - «Ernst ən Yanq» (EY), «PwC», «Deloitte» və «KPMG» Azərbaycanda da fəaliyyət göstərir və iri şirkətlərin, o cümlədən dövlət şirkətlərinin auditini keçirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
fed.az

1Источники