RU

Silahlı hücum: Ölən və yaralananlar var

Nigeriyanın Katsina əyalətində silahlı hücum olub.

News24.az xəbər verir ki, Katsina əyalət polisinin sözçüsü Abubakar Aliyu Sadiq bildirib ki, motosikletli silahlı şəxslər vilayətin Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar.

Sadiq qeyd edib ki, hücumda 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Sadiq hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Digər tərəfdən, milli xəbərlər hücumda onlarla insanın qaçırıldığını bildirib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP-ın hücumları ilə üzləşib.

Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
2
news24.az

2Источники