RU

Dağıstanda silahlı hücum zamanı 15 polis öldürülüb, matəm elan olunub

Dağıstanda baş vermiş terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 15-dən çox əməkdaşı həlak olub.

Bu barədə Dağıstan respublikasının rəhbəri Sergey Melikov öz şəxsi telegram kanalında məlumat verib.

O həmçinin terror aktı nəticəsində bir neçə mülki şəxsin də həlak olduğunu deyib.

Dağıstanda antiterror əməliyyatları sona çatıb və əməliyyatlar zamanı 5 yaraqlı zərərsizləşdirilib.

Bu barədə TASS-a Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

Dağıstan respublikasının rəhbəri Sergey Melikovun imzaladığı sərəncamla ölkədə üç günlük matəm elan edilib.

Melikov administrasiyasının Telegram kanalında verilən məlumata görə iyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
3
azpost.info

5Источники