RU

Macarıstandan qələbə qolu – FOTO

2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO 2024) A qrupunun üçüncü oyununda əlavə vaxtda vurulan qolla Şotlandiyanı 1:0 hesabı ilə məğlub edən Macarıstan son 16 tura vəsiqə ümidini davam etdirib.

Doğru.az xəbər verir ki, Almaniyanın Ştutqart şəhərindəki eyniadlı stadionda keçirilən qarşılaşmanın ilk hissəsində hər iki komanda mövqelərinə çıxmaqda çətinlik çəkib. Şotlandlar ilk hissədə topa sahib olma nisbətinin bir anda 75 faizə çatmasına baxmayaraq, zərbəyə cəhd edə bilmədilər.

Gərginlik futbolun ikinci hissədə də davam etsə də, tərəflər matçın son dəqiqələrində daha çox qol haqda düşünürdülər. Macarlar əlavə vaxtda topu dirəyə qaytardılar, 90+10. dəqiqədə Ksobotun vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.

DOĞRU.AZ

image-uajke_1719178020_1497 image-ejejx_1719178042_8806 image-upu1c_1719177972_3298

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
dogru.az

1Источники