RU

Hovuz, yoxsa dəniz?- Yaşı 50-dən keçmiş  insanlara TƏHLÜKƏLİDİR

Yay ayları gələn kimi tətil planları qurulur, səfərlər başlayır. Bütün fəsillərdə sağlamlıq mühimdir. Eləcə də tətildə olarkən də insan öz sağlamlığına təhlükə yarada biləcək məqamlara mütləq diqqət yetirməlidir. 
 
Bu baxımdan, istirahət məkanlarını seçərkən insanlar ilk növbədə nələrə diqqət etməlidir? 
 
Moderator.az sizə yay istirahəti zamanı lazım olan faydalı məsləhətləri təqdim edir :
 
Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə astmalı uşaqların 90 faizinin toza qarşı allergiyası var. Tozun da ən çox yay aylarında xalçada yığıldığını nəzərə alsaq, seçdiyiniz məkanda xalçaların olmaması məsləhət görülür.
 
Əgər, ailədə körpə uşaq varsa, qalacağınız məkanda mətbəxin olması da vacibdir. Bunun üçün həyət evləri və ya villaları kirayələmək olar. Bu, genişlik və rahatlıq axtaranlar üçün ən uyğun seçimdir.
 
Yay aylarında sərinləməyin ən təbii yolu su ilə təmasdır. Çimərkən diqqətli olmağın vacibliyinə toxunan ekspertlər hər kəsi ehtiyatlı olmağa çağırırlar: "Hovuz təmizliyində istifadə edilən yüksək miqdarda xlor, isti havada buxara çevrilərək, tənəffüs sisteminə çatır. Bu da kimyəvi məhsulun orqanizmə yayılmasına gətirib, çıxarır və göynəmə yaradır”. 
 
Mütəxəssislər qeyd edirlər ki, hovuzdan fərqli olaraq, dəniz suyunun nəfəs yollarını təmizləmə və burun boşluqlarını açma xüsusiyyəti də var: “Dənizə və ya hovuza girən insanlar bilməlidirlər ki, onları qulaq, burun, boğaz, sidik yolu infeksiyaları ilə yanaşı, ishal kimi həzm sistemi problemləri də gözləyir. Əgər dənizə və ya hovuza girdikdən sonra sizdə şiddətli qulaq ağrısı, xarici qulaq yolunda şişmə, qulaq axıntısı, tıxanma və eşitmə çətinliyi yaranırsa, mütləq həkimə müraciət edin. Uşaqlarda ishal varsa, onu hovuza buraxmayın. Uşaqlarınıza başa salın ki, hovuz və dəniz suyunu udmasınlar. Hovuza girən zaman gigiyena qaydalarına riayət edilməlidir. Hovuza girməzdən əvvəl duş alınmalı, tualet istifadə edildikdən və ya körpə pampersi dəyişdirildikdən sonra əllər sabunla yuyulmalıdır. Əks halda bədəninizdə olan mikroblar suya bulaşaraq, hovuza girən digər insanlara da təsir edə bilər".
 
Yaşın 50-dən çox olması, siqaret çəkmək, alkoqollu içki aludəçiliyi infeksiya xəstəlikləri riskini artırır: Siqaret və alkoqollu içki aludəçilərinin, eləcə də yaşı 50-dən keçmiş  insanların dənizdə, hovuzda, çayda və ya göldə çimməsi sağlamlıqları üçün təhlükəlidir.
 
Bəzi xəstəliklərin dənizdə, hovuzda, çayda, göldə çimdikdən 2-10 gün sonra ortaya çıxa biləcəyini vurğulayan  mütəxəssislər qeyd edirlər ki, buna görə də təmiz çimərliklərə getmək vacibdir. Mütəxəssislərin fikrincə, çay və göldə çimməkdən çəkinmək lazımdır. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
moderator.az

1Источники