Türkiyə millisinin Çexiyaya qarşı oyundan öncəki məşq toplanışında baş məşqçi Vinçenzo Montellanın Arda Gülərin jiletini alaraq, futbolçuların yanından kənarlaşdırdığı görüntülər gündəm olub.

Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası daha sonra yayılan görüntülərlə bağlı bu bəyanatı verib:

"Millimizin bu axşam baş tutan məşqi zamanı televiziyada göstərilən görüntülər əsasında şərh edilərək hazırlanmış video sosial şəbəkələrdə yayımlanıb.

 Milli futbolçumuz Arda Gülər qasığındakı ağrı səbəbindən Çexiya ilə oyuna ən sağlam şəkildə hazırlaşa bilsin deyə, məşqçi heyətimiz və futbolçu arasında ortaq fikir razılığı əldə olunub.

Yayımlanan videodakı məşq toplanışı Arda Gülər üçün uyğun olmamış, milli futbolçumuz daha sonra qoruma məqsədilə fərdi məşqinə göndərilmişdir. 

Qəlbi Türkiyə millisi üçün atan vətəndaşlarımızın bu kimi paylaşımlara inanmaması gərəkdiyini vurğulayırıq".