RU

Priqojin strukturunun top-menecerinin həbsi...

Sankt-Peterburqda saxlanılan “Patriot” media holdinqinin keçmiş top meneceri İlya Qorbunov 72 saat həbsdə qalacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sankt-Peterburq şəhər məhkəmələrinin birgə mətbuat xidməti bildirib.

Təsdiqlənib ki, Qorbunov Sankt-Peterburq telekanalının keçmiş baş direktoru və şəhər Qanunvericilik Məclisinin deputatlığına namizəd Aleksandr Malkeviçdən pul tələb etməkdə ittiham olunur. İddialara görə, o, onu və ya yaxınlarını rüsvay edən məlumatların yayılması, o cümlədən müxtəlif informasiya resurslarında bir sıra nəşrlərin təşkili ilə hədə-qorxu gələrək sonuncunu şantaj edib. İstintaqın məlumatına görə, Qorbunov Malkeviçdən 4 milyon rubl tələb edib. Sonuncu şübhəli şəxsə 1,5 milyon rubl verib və bundan sonra Qorbunov saxlanılıb.

Qorbunova hələ də rəsmi ittiham irəli sürülməyib.

Onunla yanaşı, xəbər verildiyi kimi, “Konkretno.ru” portalının baş redaktoru Kirill Metelev də saxlanılıb. Onun barəsində avqustun 18-dək müəyyən hərəkətlərə qadağa qoyulması şəklində həbs-qətimkan tədbiri seçilib.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
sia.az

1Источники