RU

Yayın vazkeçilməz meyvəsi çiyələyin  saysız faydaları

Yayın Yayın vazkeçilməz meyvəsi çiyələyin

C vitamini və flavonoid kompleksindən ibarət olan çiyələyin faydaları bədəndən arzuolunmaz toksinləri çıxararaq güclü detoksifikasiyanı dəstəkləyir. Digər tərəfdən, liflə zəngin meyvə bağırsaq hərəkətlərini dəstəkləyir və maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

E-saglam.az çiyələyin faydalarını təqdim edir: 

Bağırsaqlarda həzmi dəstəkləyir

Qan şəkərini balanslaşdırmağa kömək edir

Xolesterolu aşağı salır

Xroniki xəstəliklərin riskini azaldır

Libidonu balanslaşdırır

İmmunitet sistemini gücləndirir

Bədənin mikroorqanizmlərə qarşı müdafiəsini dəstəkləyir

Yaddaşı gücləndirir, neyrodegenerativ xəstəliklərin riskini azaldır

Diş minasını qoruyur, əzələ-skelet ağrılarını aradan qaldırır

Probiyotik təsir göstərir. 

Vitamin və minerallarla zəngin olan meyvənin tərkibində A, B (əsasən fol turşusu), C vitaminləri və kalsium, kalium, fosfor və dəmir mineralları var. Bununla belə, onun funksional aktiv tərkib hissəsi çiyələyin faydalarını artırır. Bu komponentlərə polifenollar, antosiyaninlər, yağ turşuları, liflər və bəzi ikincil metabolitlər daxildir.

Çiyələyin əks təsirləri varmı? Kimlərə olmaz?

Hər meyvə və tərəvəzdə olduğu kimi, çiyələk meyvəsinin də qida kodeksində tövsiyə olunan gündəlik istehlak miqdarı var. Tərkibindəki C vitamini ilə diqqət çəkən meyvənin gündə 8 ədəd istehlak edildikdə C vitamini ehtiyacını ödədiyi bildirilir.

100 qram çiyələyin kalorili dəyəri 32 Kkal təşkil edir. Bu meyvəni pəhrizinizə əlavə etmək istəyirsinizsə, gündə bir çay stəkanı qədəri (150 qram) kifayət ola bilər. Bütün bu faydalardan əlavə, həddindən artıq istehlak edildikdə bəzi alergik vəziyyətlər inkişaf edə bilər. Yüksək miqdarda kalium və fosfor olduğu üçün böyrək çatışmazlığı olan insanların mütəxəssis həkimə müraciət edərək istehlak etmələri tövsiyə olunur.

Bundan əlavə, uşaqlarda bu meyvəyə daha çox alerjen həssaslığı ola bilər. Polen allergiyası olan insanlar üçün çiyələklərə də diqqət yetirilir və ağcaqayın poleninə və ya almaya həssas olan insanlara ehtiyatla istehlak etmək tövsiyə olunur. Bütün meyvələrdə olduğu kimi təmiz yuyulması vacibdir

Tərcümə: Könül Oruc

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
e-saglam.az

1Источники