RU

Nikitinlərin Sankt-Peterburqdakı konserti ləğv edilib...

...Sergey və Tatyana Nikitinlərin Sankt-Peterburqda planlaşdırılankonsertləri ləğv edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlar Ukraynanı dəstəkləməkdə şübhəli bilinirlər.

“Sən vaxt seçə bilməzsən” adlı konsertin keçirilməsi artıqplanlaşdırılsa da, amma, deyildiyi kimi, son anda ləğv edilib.

Qeyd edək ki, Nikitinlər çoxsaylı sovet bədii və cizgi filmlərində ifa olunan məşhur sovet mahnılarının müəllifləri və ifaçılarıdır.

Yazda rusiyalı hərbi bloqqerlər onları “anti-Rusiya tədbirləri”ndə çıxış etməkdə və Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdə ittiham ediblər.

Qeyd edək ki, musiqiçilər hələ də bunu inkar edirlər.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
sia.az

1Источники