Dağıstanın (Rusiya Federasiyası) Mahaçqala şəhərində naməlum şəxslər polisə və klsəyə hucum edib.
Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Mahaçqalada atışma zamanı 1 polis ölüb, daha 6-sı yaralanıb. Kilsədə keşiş də öldürülüb.
Bölgədə ələ keçirmə planı tətbiq edilib.
Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun iki oğlu Mahaçqalaya hücumda iştirak edib: Osman və Adil Ömərovlar.
Onlar öldürülüb.
İlkin məlumata görə, terrorçular Mahaçqalada polis əməkdaşlarına hücum zamanı Amerikaya məxsus “Ar-15” tüfəngindən istifadə ediblər.
Ar-15 tüfənglərinin bir çox modifikasiyası və ABŞ-da pis reputasiyası var: onlar kütləvi qatillərin seçim silahıdır.