RU

Dərbənddə sinaqoq və kilsəyə silahlı hücum: Ölənlər və yaralananlar var

Dərbənddə sinaqoq və kilsəyə silahlı hücum: Ölənlər və yaralananlar var

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, üç polis əməkdaşı həlak olub, altı nəfər isə yaralanıb.

Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00 - red.) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir", - məlumatda vurğulanıb.

Sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.

Mahaçqala və Dərbənddə giriş-çıxış məntəqələri mühasirəyə alınıb.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
sonxeber.az

1Источники