RU

Şəfa tapmaq üçün üz tutduğunuz yod gölündə xəstəlik də tapa bilərsiniz -XƏBƏRDARLIQVİDEO

Hər il havalar isinən kimi bəzi vətəndaşlar yodlu gölə üz tutur.

Xezerxeber.az xəbər verir ki, Hövsan Zığ yolunda yerləşən bu gölə müalicə üçün  hər gün onlarla sakin gedir. Hətta illərlədir bu məkandan istifadə edənlər də var.

Şəfa tapmaq üçün  üz tutulan bu göl bəzən əks təsir göstərərək digər xəstəliklərin yaranmasına səbəb olur. Dermotoloq Ramil Qocayevin sözlərinə görə yaranan fəsadlar gigiyenik təmizlik olmadığında yaranır.

Qeyd edək ki əsasən gölə oynaq, dəri xəstəlikləri, neyrodermit ixtiyoz, seboreya və digər xroniki dəri xəstəlikləri olan insanlar daxil olur.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
xezerxeber.az

1Источники