RU

Aİ Paşinyanın atəşkəs pozuntularını araşdırmaq üçün ikitərəfli mexanizm təklifini alqışlayır...

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toive Klaar Ermənistanın atəşkəs rejiminin pozulması üçün ikitərəfli mexanizm yaratmaq təklifini alqışlayır.

 

Hafta.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) məlumat yayıb.

 

“Gərginliyi azaltmaq üçün Ermənistanın Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması hallarının aradan qaldırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifi müsbət qarşılanmalıdır”, - yüksək rütbəli avropalı diplomat “X” sosial şəbəkəsində yazıb.

 

Klaar vurğulayıb ki, Avropa İttifaqı Gürcüstandakı müşahidə missiyası vasitəsilə “15 ildir ki, Gürcüstanda belə görüşlərin təşkilinə kömək edir və öz təcrübəsini bölüşməyə hazırdır”.

 

Bir həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya atəşkəs rejiminin pozulmasının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmağı təklif edib. Baş nazirin aparatı dünən də bəyan edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılmasını diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidentinin Administrasiyasına təklif edib.

 

“Ermənistan Respublikasının baş nazirinin aparatı qeyd olunan mexanizmin həyata keçirilməsinə başlamağı təklif edir”, - mesajda deyilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
hafta.az

1Источники