RU

Sevastopola zərbə endirildi - Ölən və 100-dən çox yaralı var - VİDEO - YENİLƏNİB

Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb.
 
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib.
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb.
***16.38
 
Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində yaralananların sayı artıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb
 
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 124 nəfər yaralanıb.
 
Raket zərbəsi nəticəsində 3 nəfər ölüb.
*** 15.58
 
Ukrayna Ordusunun Sevastopola zərbə endirib.
 
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib.
 
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 100-ə qədər yaralı var.


Избранный
105
50
baku.ws

10Источники