RU

Paşinyandan KRİTİK AÇIQLAMA: "Özümüzü qurban vermək istəmirik"

"Ermənistan xalqı artıq döyüşərək, əziyyət çəkərək sağ qalmaq istəmir, sadəcə yaşamaq istəyir".

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Biz artıq döyüşmək, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Bu, xalqdan elitaya və hakim çoxluq kimi bizə bir mesajdır”, - deyən hökumət başçısı bu mesajın əsl Ermənistanın ideologiyası olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, xalq elitadan soruşur ki, onlar sadəcə yaşamağa, uşaqların xoşbəxt və firavan yaşamalarına şərait yarada biləcəklərmi? Siyasətçi bu suala yalnız dövlətin cavab verə biləcəyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
4
publika.az

6Источники