RU

Alban futbolçuya irqçi fikirlərə görə 2 oyun cəza verildi

AVRO-2024-də Albaniya yığmasının futbolçusu Mirlind Daku 2 oyun diskvalifikasiya olunub.
Sport24.az xəbər verir ki, bunu səbəb onun irqçi fikirlər söyləməsidir.
Çempionatın 2-ci turunun Albaniya – Xorvatiya görüşündən sonra Daku serblərə və şimali makedonların ünvanına təhqiredici ifadələr işlədib. UEFA tərəfindən araşdırma aparılıb və 26 yaşlı futbolçu 2 oyun cəzalandırılıb. O, qrup mərhələsinin 3-cü turunda İspaniya ilə oyunu və komanda 1/8 finala yüksələrsə bu mərhələnin matçını kənardan izləyəcək.

Избранный
108
3
sport24.az

5Источники