Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb.
APA-nın xəbərinə görə, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib.
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb.
***
saat 16.32
Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində yaralananların sayı artıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 124 nəfər yaralanıb.
Raket zərbəsi nəticəsində 3 nəfər ölüb.
***
saat 15.48
Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində ölənlərin və yaralananların sayı artıb.
APA-nın xəbərinə görə, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib.
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 100-ə qədər yaralı var.
***
saat 15.10
Ukrayna Ordusu Sevastopola zərbə endirib.
APA-nın xəbərinə görə, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib.
Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində biri uşaq olmaqla, 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
© APA | Ukrayna Ordusu Sevastopola zərbə endirib