RU

Zelenski: Daha 6 ölkə Sülh Sammitinin Kommunikasını imzalayıb

Bu həftə altı ölkə keçirilən Ukrayna üzrə ilk Sülh Sammitin Kommunikesinə qoşulub.

“İki sahil” xəbər verir ki, bu barədə prezident Vladimir Zelenskinin sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Ukrayna hakimiyyəti imzalayanların sayını artırmağa çalışır: "Bu həftə daha 6 iştirakçı Sülh Sammitinin Kommunikesinə qoşuldu. Komandamız daha çox imza toplamaq üçün çalışır. Bizim üçün vacibdir ki, dünyanın hər bir yerində beynəlxalq hüquqa hörmət edən hər bir ölkə və hər bir lider sülhün yaxınlaşdırılmasında və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin tam effektivliyinin bərpasında öz dəyərlərini göstərə bilsin”.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrədə Ukrayna hakimiyyətinin təşəbbüsü ilə Ukraynada Sülh üzrə Qlobal Sammit keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-dən çox ölkə və təşkilat iştirak edib.

İyunun 22-nə olan məlumata görə, Sülh Sammitinin Kommunikesini 81 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələri imzalayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
ikisahil.az

1Источники