RU

Çaylarda vəziyyət açıqlanıb

Əyriçay və Qarasuçayda suyun səviyyəsi 1 metrdən çox artıb
Çaylarda faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib və hazırda çayda azalma müşahidə olunur.

Избранный
82
37
ayna.az

10Источники