![Yağış](https://ulusum.az/uploads/posts/2024-06/99721a22ad_90c39e68-3ab7-3a75-ae00-42536d66be40_850.webp)
İyunun 24-25-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Ulusum.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti ilə xəbərdarlığında deyilir.Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Diqqət Çəkənlər
B planı işə düşdü
Türkiyənin şərqində zəlzələ
Bu kəndlərlə əlaqə KƏSİLDİ