RU

“Dinamo” Kurban Berdıyevlə vidalaşdı

style='margin-bottom:10px;'>

Mahaçqala “Dinamo”su buna qədər klubda prezidentin müşaviri postunu tutan Kurban Berdıyevlə vidalaşıb.

QOL.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada “Turan Tovuz”un baş məşqçisi təyin olunan 71 yaşlı mütəxəssisə yeni işində uğurlar arzulanıb:

“Biz sizə böyük təşəkkürümüzü bildiririk, Kurban Bekieviç! Siz “Dinamo”ya tarixində ilk dəfə elit diviziona yüksəlməkdə kömək oldunuz. Siz bizim oyunçularımızı inkişaf etdirdiniz, onlara çox şey öyrətdiniz. Əks halda uğur qazanmaq mümkün deyildi.  

Ayrıca uşaq-gənclər futbolunun inkişafında gördüyünüz işlər üçün sizə minnətdarıq. Yeni klubunuzda sizə uğurlar arzulayırıq”.

Xatırladaq ki, Berdıyev “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
2
teleqraf.com

3Источники