RU

Montellanın başı dərddə: türklər hədəf aldı, Arda Gülər qorudu - "əl çəkməyəcəyik"

Türkiyə millisi dünənAÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda keçirilən matçda Portuqaliyaya böyük hesabla uduzdu - 0:3.


oyundan sonra qardaş ölkə komandasının baş məşqçisi Vinçenso Montella azarkeşlərin kəskin tənqid atəşinə tuş gəlib. Əksəriyyəti onu yanlış start heyəti qurmaqda suçlayıbsa, istefasını tələb edənlər də az deyil.

"Football-plus.az" xəbər verir ki, millinin və "Real"ın ulduzu Arda Gülər sosial şəbəkə hesabında mövzuyla bağlı iki paylaşım edib. 19 yaşlı futbolçu əvvəl Montellanın onu alnından öpdüyü görüntüləri izləyiciləriylə bölüşüb.

İkinci fotoda isə AÇ-2024-ün qrup mərhələsinin 1-ci mərhələsində Gürcüstanı məğlub etdikdən sonra (3:1) sevinən Türkiyə millisi əks olunub. Arda həmin paylaşıma bu sözləri əlavə edib:

"Bizə inanmaqdan və komandamızı dəstəkləməkdən əl çəkməyin. Çünki biz ölkəmiz üçün son dəqiqəyə qədər döyüşməkdən əl çəkməyəcəyik".

Xatırladaq ki, Montella Portuqaliyayla matçda start heyətində Arda Gülərə şans verilməməsini belə izah edib:

"Arda meydana çıxa biləcək durumda deyildi. 30 dəqiqədən çox oynaya biləcək gücü yox idi. Bu üzdən riskə girmədik. Ona qarşılaşmanın son 20 dəqiqəsində şans vermək istəyirdik. Belə də etdik".


Bildirək ki, Arda qarşılaşmanın 70-ci dəqiqəsində Yunus Akgünün əvəzinə meydana buraxılıb.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
football-plus.az

1Источники