RU

“İnter” Hakana 60 milyon avro qiymət qoyub

“Bavariya” Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlunu transfer etmək istəyir.

İdman.biz xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu təklifi müsbət qarşılayıb.

Amma “İnter”in yüksək transfer məbləğ tələb etməsi suallar yaradıb. “Neradzurri” Hakanı 60 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlayıb. Münhen klubunun 30 yaşlı futbolçuya yüksək məbləğ ödəyəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Çalhanoğlu A seriyasının son mövsümündə 32 oyunda 13 qol vurub, 3 ötürmə edib. O, İtaliya çempionu tituluna yiyələnib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
4
idman.biz

9Источники