RU

Zaur Həşimov finala yüksələcək komandaların adını çəkdi

"Ümumi götürəndə gərgin və maraqlı turnir izləyirik. Hər bir oyun gərgin məcrada keçir. Çoxlarının zəif saydığı Albaniya və turnirin debütantı Gürcüstan özlərindən güclü rəqiblərə layiqli müqavimət göstərirlər. Almaniyada təşil olunan qitə çempionatı çox maraqlı keçir". Bu sözləri Sport24.az-a açıqlamasında Zaur Həşimov deyib.
Millinin sabiq üzvü azarkeşi olduğu yığmanın adını çəkməklə yanaşı, favoritlərinin də adını çəkib:  "Gəncliyimdən İtaliyaya azarkeşlik edirəm. Mundialın favoritləri arasında isə Almaniya, İspaniya, Fransa və Hollandiyanı görürəm. Hesab edirəm ki, bu komandalardan ikisi final oynayacaq".
 
Qeyd edək ki, bu gün qitə çempionatında keçiriləcək iki oyunla qrup mərhələsinin III turuna start veriləcək. ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
sport24.az

1Источники