RU

"Dövlət qulluğu üzrə test imtahanları obyektiv və şəffaf keçirilməsi üçün zəruri tədbirlər görülür"

"Dövlət İmtahan Mərkəzi ötən il ərzində dövlət qulluğu üzrə test imtahanlarının və müsahibələrin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə keçirilməsini səlahiyyəti daxilində təmin etmişdir".

Tehsil.biz xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, qeyd olunan dövrdə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının qanunvericilik üzrə proqramlarında müəyyən dəyişikliklər həyata keçirilmişdir:

"Bu dəyişikliklər müvafiq proqramların qismən sadələşdirilməsi və uyğunlaşdırılması ilə müşayiət olunmuşdur.

Dövlət qulluğu üzrə test imtahanlarının daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sistemində baş verən dəyişikliklər nəzərə alınaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi olaraq yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.

Dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin yoxlanılması məqsədilə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib və imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib.

Dövlət qulluğunda səriştə modelinə keçid məqsədilə bankda situasiya tipli (kazus), sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqların sayı artırılır, il ərzində keçirilən test imtahanlarında bu tip tapşırıqlardan istifadə olunur", - M.Abbaszadə əlavə edib.

Mərcanə Əsədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
tehsil.biz

1Источники