RU

“La Gazette” azərbaycanlı musiqiçidən yazıb

Azərbaycanlı bəstəkar və pianoçu Şahin Növrəslinin Parisin “Louis Vuitton” Fondunda uğurlu konserti olub. Bu konsertlə bağlı Fransanın "La Gazette" nəşrində maraqlı yazı dərc olunub. Həmin yazını təqdim edirik:

“Muğam”, Azərbaycanın ənənəvi musiqisi və Amerika cazını özündə bir­ləşdirən unikal musiqi aləmi yaradan bu sənətkarı hər kəs alqışlayır. Şahin Növ­rəsli tez-tez Ari Hoeniq, Natan Pek və Əhməd Camal kimi caz ulduzları ilə bir­gə çıxış edib. Məhz bu dəfə solo sənətçi kimi o, öz əsərlərini və caz standartlarını ifa etdi.

Şahin Növrəsli 1977-ci il fevralın 10-da Bakıda anadan olub. Erkən yaş­larından Azərbaycan Dövlət Akademik Filarmoniyasında Faiq Mustafayevin rəhbərliyi ilə Simfonik Orkestrlə çıxış edib. Sonra müsabiqə və festivallarda Bax, Bethoven, Motsart və Raxmani­novun əsərlərini ifa edib. O, bəstəkar və pianoçu Vaqif Mustafazadənin yara­dıcılığından ilhamlanaraq caza, daha dəqiq desək, onun Azərbaycan es-tradasına, caz-muğama doğru irəliləyib.

1996-cı ildə Şahin Növrəsli Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Kon­servatoriyasına daxil olub. Peşəkar kar­yerasına başlayanda Azərbaycan xalq mahnılarını caz üslubunda ifa edərək “Məhəbbət şəlaləsi” və “Min bir gecə” mahnılarını bəstələyib. O, iki albom yaz­dırıb, ABŞ, İtaliya, Türkiyə və Rusiyada konsertlər verib. Caspian Jazz & Blues Festival (Bakı), Hot Summer Jazz Festi­val (Minneapolis, ABŞ), Black Sea Cazz Festival (Soçi, Rusiya), Antalya Bey­nəlxalq Piano Festivalı (Türkiyə), Bakı Caz Festivalı kimi bir çox beynəlxalq ya­rışmalarda iştirak edib.

O, ilk dəfə Fransaya 2000-ci illərin əvvəllərində azərbaycanlı mədəniyyət mütəxəssisi Aytən Muradovanın təşəb­büsü ilə Parisdə “Studio de l'Ermitage”də təşkil olunan konsertə gəlib. Daha sonra o, 2007-ci ildə Die şəhərindəki Est-Ouest festivalında iştirak edib. Bir sözlə, Fran­sada da sevilən sənətkardır.”

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
xalqqazeti.az

1Источники