RU

Əməkdar rəssam İsa Məmmədov vəfat etdi

Bakı. Trend:

Əməkdar rəssam İsa Məmmədov vəfat edib.

Trend xəbər verirki, bu barədə Qərbi Azərbaycan İcması xəbər verib.

Bildirilib ki, əməkdar rəssam, Qərbi Azərbaycan İcmasının üzvüİsa Məmməd oğlu Məmmədov 2024-cü il iyun ayının 22-də 68 yaşındavəfat edib. İsa Məmmədov 5 mart 1956-cı ildə Qərbi AzərbaycanınQafan rayonunda anadan olub. O, 1979-cu ildə Əzim Əzimzadə adınaBakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A. Əliyev adınaAzərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsinibitirib.

Rəssamın Türkiyə Cümhuriyyətində (2009), “Bakı-Berlin”Qalereyasında (2010, Almaniya), Bakıda (2011) və Azərbaycan DövlətRəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində "Mənim Vətənim"(2016, 2020, Bakı) adlı fərdi sərgisi kecirilmişdir.

İsa Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997),“Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000),“Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri”(2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.

Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasındapedaqoji fəaliyyət göstərmişdir. O, Azərbaycan Rəssamlarİttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvüidi.
İsa Məmmədov 2021-ci ildə möhtərəm Prezidentimizin sərəncamı iləAzərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiqgörülmüşdü.

Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə vəAzərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq, qrupsərgilərinin fəal iştirakçısı idi.

İsa Məmmədovun işıqlı xatirəsi onu tanıyanların və sənətininpərəstişkarlarının qəlbində yaşayacaq. Qərbi Azərbaycan İcmasımərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir,səbr diləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
45
az.trend.az

10Источники