RU

Venesuela sahillərində güclü zəlzələ olub

Seysmoloqlar mənbənin 98 kilometr dərinlikdə olduğunu vurğulayıblar
Venesuela sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, seysmoloqlar mənbənin 98 kilometr dərinlikdə olduğunu vurğulayıblar. Ölənlər və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, iyunun 23-nə keçən gecə Yaponiyanın Fukusima prefekturasının sahillərində də 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Epidemiya 50 kilometr dərinlikdə olub. Yeraltı təkanların maksimal gücü Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə dörd bal olub.

Избранный
43
50
ayna.az

10Источники