RU

Milli komandada istefa

Rob Peyc işini itirib.

“Football-plus.az” xəbər verir ki, Uels Futbol Assosiasiyası milli komandanın baş məşqçisi ilə yolları ayırıb.

Qurumun mətbuat xidmətinin məlumatına görə, 49 yaşlı mütəxəssis 2020-ci ildən çalışdırdığı yığmadan istefaya göndərilib. Komanda onun rəhbərliyi altında 45 oyun keçirib, 15 qələbə qazanıb, 15 dəfə heç-heçə edib və 15 oyunda uduzub.

AÇ-2024-ün final mərhələsinə çıxa bilməyən Uels bu ay 2 yoldaşlıq oyunu keçirib, Cəbəllütariqlə heç-heçə edib (0:0) və Slovakiyaya (0:4) uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
football-plus.az

1Источники