RU

Kosmosdan cavab almaq mümkündür

Kosmosdan

Yer kürəsindəki qarışıq səsləri və texnologiyalar tərəfindən yayılan səs-küyü təmizləməklə ən müasir vasitələrin köməyi ilə kosmosla əlaqə qurmaq mümkündür.

Reyting.az
-ın məlumatına görə, alimlər belə qənaətə gəliblər ki, Yer kürəsindən ötürülən siqnallar 75 qonşu ulduz sistemində aşkar edilə bilər. Astronomlar bunu Ay modulunun - "Odysseus"-in həyata keçirdiyi müşahidələr sayəsində aşkara çıxarıblar.

Elm adamları ehtimal etdikləri oxşar dünyaları və potensial yerdənkənar sivilizasiyaları daha effektiv şəkildə axtarıb araşdırmaq üçün yaşadığımız planeti də ekzoplanet kimi kosmosdan öyrənməyə çalışırlar.

Məlumata görə, alimlər və astrofiziklər yerdən ötürülən siqnalları sanki özgə planetdən, kosmosdan gələn siqnal kimi qəbul edərək, sınaqlar aparıblar. Bunu etmək üçün onlar "Odysseus" kosmik gəmisinin göyərtəsində olan kiçik radioteleskopdan istifadə ediblər.

"ROLSES"-nin bu böyük təcrübəsi zamanı "Odysseus" kosmik gəmisinin avadanlığı 1,5 saat ərzində ancaq Yer kürəsindən gələn radiodalğaları qeydə alıb. Alimlər bildiriblər ki, bu radio dalğalar cib telefonları və televiziya qüllələrindən, həmçinin insanların idarəsində olan digər müasir exnologiyalar vasitəsi ilə yayılır. Nəticədə bu təcrübə çox uğurlu alınıb və Yer kürəsinin indiyə qədər yaradılmış ən yaxşı, eləcə də sürətli “Tezlikli selfi”-sini reallaşdırmaq mümkün olub.

ABŞ-nın Astronomiya Cəmiyyətinin iclasında nümayiş etdirilmiş və aydın görsənməyən bir fotoda qara fonda səpələnmiş, əsasən də üfüqi xətlər meydana gətirən çox kiçik ağ nöqtələrin nəzərə çarpdığını görmək olar. Bu, qeydə alınmış radiodalğalardan istifadə etmək üsulu ilə yaradılmış yerin görüntüsüdür.

Alimlərin fikrincə, onlar uğura nail olsalar da, bu təcrübə ilə kifayətlənmək olmaz. Onlar digər elmi yeniliklərə ümid bəsləyir və "ROLSES" alətlərinin əvvəlcə səkkiz gün ərzində məlumatları qeyd edəcəyi ehtimalına çox inanırlar.

Space.com saytı yazır ki, Astronomiya Cəmiyyətindəki alimlərin ümumi rəyinə görə, növbəti dəfə keçirilən eksperimentlər zamanı həmin eyni üsulla ayrılan vaxtın azaldılması sonda astrofiziklərin toplayacağı məlumatlarda siqnal-küy nisbətinə güclü təsir edəcək.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
reyting.az

1Источники