RU

Bu adamlar o qədər harınlayıblar ki....

"Gördüyünüz obyekt Əhmədlidə Sarayev küçəsində yerləşir. Məhz gördüyünüz kimi küçədə. Səkinin bir hissəsini kəsib özünə çayxana-pivəxana eləyib. Çayçı deyir sadə çay vermirik. Deyirəm qaqaşım, mən şəkər xəstəsiyəm şirin yemək olmaz, pula görə demirəm. Dostum mənə hörmət olaraq, nəfsim çəkər deyə ofisianta deyir, sən sadə çay gətir, biz mürəbbəli, şokoladlı çayın pulunu verəcəyik. Ofisiant fağır-fağır deyir olmaz. Soruşuram niyə? Deyir müdir qanun qoyub. Qanun e. Bu adamlar o qədər harınlayıblar ki, özlərini Prezident, parlament görürlər. Özlərindən qanunlar, qaydalar qoyurlar." Bunu  jurnalist  Rasim İsmayılov öz feysbuk  hesabında yazıb.

"Sonra öyrəndim ki, bu "balaca prezident" hansısa formada Əhmədli Bələdiyyəsinə bağlıdır. Bələdiyyə ilə e. 25 ildir yaşadığım Əhmədlidə bələdiyyənin varlığını yalnız illik pul toplamaqda şahidi olmuşam. Və minlərlə mənzildən illik 6-10 manat arası pul yığılır. İlk baxışda böyük pul görünməyə bilər. Amma bu pulun minlərlə mənzildən toplandığını nəzərə alanda yüz min manatlarla pul edir. Hara xərclənir bu pullar? Binaların girişləri bərbad, zirzəmilər sökülüb, birinci mərtəbədəki mənzillər divarlar qırılaraq obyektlərə çevrilib, zirzəmilər illərdir kanalizasiyanın axıntıları ilə dolub və binaların özülü artıq aşınıb. Amma bələdiyyə pul istəyir, "JEK" pul istəyir. Mərkəzdən uzaq yaşayış massivdir, necə deyərlər "dərə xəlvət, tülkü bəy". Xətai Rayon İcra Hakimiyyətindən isə danışmıram. Onların öz dünyası var.-

Əhmədli Bələdiyyəsi ilə hansı səviyyədə "qohumluğunu"da öyrənib yazacam. İnformasiyanı yarımçıq vermək bir jurnalistə yaraşmaz. 

P.S. Əhmədlidən tez-tez reportajlar verəcəm hazır olun."- deyə o əlavə  edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
olaylar.az

1Источники