Bu gün AVRO-2024-də qrup mərhələsinin sonuncu turuna start veriləcək.
İdman.biz xəbər verir ki, III turun ilk günündə A qrupunda mübarizəyə yekun vurulacaq.
Qrup liderləri Almaniya ilə İsveçrə Frankfurtda görüşəcək. 1/8 finala vəsiqəni təmin edən Bundestim 1-ci pilləni qorumaq üçün uduzmamalıdır. İsveçrə isə pley-offa bir xalla da çıxa bilər.
Şotlandiya və Macarıstan 1/8 final arzusunu reallaşdırmaq üçün mübarizə aparacaq. Sonuncular ümidini qorumaq üçün mütləq qalib gəlməlidir. Britaniyalılar da şansını saxlamaq üçün 3 xal qazanmalıdır.
Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.
AVRO-2024
Qrup mərhələsi, III tur
23 iyun, A qrupu
23:00. İsveçrə - Almaniya
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt Arena
23:00. Şotlandiya – Macarıstan
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart Arena
1 | Almaniya | 2 | 2 | 0 | 0 | 7-1 | 6 |
2 | İsveçrə | 2 | 1 | 1 | 0 | 4-2 | 4 |
3 | Şotlandiya | 2 | 0 | 1 | 1 | 2-6 | 1 |
4 | Macarıstan | 2 | 0 | 0 | 2 | 1-5 | 0 |
İdman.biz