RU

UEFA Avro-2024-ün 2-ci turunun ən yaxşı qolu üçün namizədləri açıqlayıb

UEFA, 2024-cü il Avropa çempionatının 2-ci turunun ən yaxşı qolu üçün istifadəçi səsverməsinin açıldığını elan edib.

90deqiqe.Az xəbər verir ki, dörd namizədin siyahısına ukraynalı Roman Yaremçukun Slovakiya millisinə (2:1), danimarkalı Morten Julmanın İngiltərə komandasına (1:1), isveçrəli Xerdan Şaqirinin Şotlandiya millisinə (1:1), avstriyalı Gernot Traunerin Polşa millisinə qarşı (3:1) vurduğu qollar daxil edilib.

Avro-2024-ün qrup mərhələsinin iki turunun nəticələrinə görə Almaniya, İspaniya və Portuqaliya yığmaları turnirin pley-off mərhələsinə (1/8 final) vəsiqəni təmin ediblər. Polşa millisi 2024-cü il Avropa çempionatında qrup mərhələsinin sonuna bir tur qalmış qələbə uğrunda mübarizəni davam etdirmək şanslarını itirmiş yeganə milli olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
90deqiqe.az

1Источники