RU

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başladı

Bakı. Trend:

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterrorəməliyyatının başlanmasını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidmətiməlumat yayıb.

"Baş nazir "Azm-e-İstehkam" (Qətiyyət və sabitlik) əməliyyatınabaşlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizəkampaniyasını təsdiqləyib", - deyə məlumatda bildirilir.

Yeni əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarətvə koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşımübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylərgücləndiriləcək. Müntəzəm olaraq antiterror əməliyyatları keçirənhərbi qulluqçular "bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini"alacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
az.trend.az

1Источники