RU

Qəzzada Qırmızı Xaçın ofisi atəşə tutulub, dinc insanlar həlak olub

"İsrail Müdafiə Ordusunun zərbəsi nəticəsində 25 nəfər həlak olub, 50 nəfər yaralanıb..."
 
Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumat verib ki, Qəzza bölgəsinin cənubunda əl-Məvasidəki Ofisi atəşə məruz qalıb.
 
"Cümə günü günorta Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisi və yaşayış otaqlarından bir neçə metr aralıda iriçaplı mərmilər düşüb.
 
Zərbə nəticəsində BQXK-nin çadırlarda yaşayan o cümlədən bizim fələstinli həmkarlarımız da daxil olmaqla yüzlərlə yerdəyişməyə məruz qalan şəxslərin əhatə olunduğu ofisinin binası zədələnib", - Komitənin məlumatında deyilir.
 
BQXK-nin məlumatına görə, təşkilatın ən yaxın səhra hospitalına 22 nəfər həlak olan və 45 nəfər zərərçəkən çatdırılıb.
 
Məlumatda deyilir ki, BQXK-nin obyektlərinə təhlükəli dərəcədə yaxın məsafədən atəşlər həm dinc sakinlərə, həm də humanitar təşkilatın əməkdaşlarına birbaşa təhlükə törədir".
 
Qəzzanın Səhiyyə Nazirliyi 25 həlak olan və 50 yaralı barədə məlumat verib və atəşə görə məsuliyyəti İsrailin üzərinə qoyub.
 
İsrail Müdafiə Ordusu bəyan edib ki, ilkin yoxlamalar İsrailin bu rayona zərbələr endirmədiyini göstərir, lakin baş vermiş insident nəzərdən keçirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
146
moderator.az

1Источники