RU

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Bakı. Trend:

Azərbaycan nümayəndə heyətinin Çin tərəfi ilə Pekin Dil vəMədəniyyət Universitetində toplantısı keçirilib. Görüş zamanıAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin XalqRespublikasının Milli Mətbuat və Yayım Administrasiyası arasında2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən hər ikiölkənin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı hazırkıvəziyyət və görüləcək işlər müzakirə olunub.

Nazirlikdən Trend-ə bildirilib ki, Milli Mətbuat və YayımAdministrasiyasının birinci dərəcəli müfəttişi, Mərkəzi KomitəninTəbliğat Şöbəsinin İdxal və İxrac Bürosunun direktor müavini CaoHayyun nümayəndə heyətini salamlayıb və Çin-Azərbaycan mədəniəməkdaşlığının davamı olaraq tərcümə layihəsinin önəminivurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsininöyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsminümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsindəAzərbaycanın iştirakının təşkili ilə bağlı göstərilən dəstəyə, eynizamanda, Azərbaycanın mədəni irsinə olan diqqətə görə təşəkkürünüifadə edib. Çin tərəfinə tərcümə layihəsinin hazırkı vəziyyəti iləbağlı məlumat verilib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisiçərçivəsində iki xalqın mədəni əməkdaşlığının genişləndirilməsiimkanlarını müzakirə edilib. Çin tərəfi 10-cu Bakı Beynəlxalq KitabSərgisində bir neçə Çin nəşriyyatının iştirak edəcəyinibildirib.

Görüş Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım çarxının nümayişiilə yekunlaşıb.

Избранный
121
22
az.trend.az

10Источники