RU

ABŞ Senatına terrorçu Rusiya haqqında qanun layihəsi təqdim edilib

"Rusiya Ukraynada qəddar zorakılıq və təcavüz kampaniyası, vəhşiliklər və insanlığa qarşı cinayətlər törətməklə izqoylar klubunda öz layiqli yerini tutmalıdır..."
 
Amerikalı senatorlar- respublikaçı Lindsi Qrem və demokrat Riçard Blümental Rusiyanı terrorçuluğun sponsoru olan dövlət kimi tanınması barədə ikipartiyalı qanun layihəsi təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri yazıb.
 
Sənəd müəlliflərinin fikrincə, Rusiyaya belə status verilməsi Vladimir Putinin "Ukraynada barbarcasına müharibəsinə", "Afrikada və bütün dünya boyunca  destruktiv hərəkətlərinə görə" cəzalandırılması üçün "ABŞ-ın əlində olan alətləri xeyli artıracaq".
 
"Putin Rusiyası terrorçuluğa sponsorluq edən terrorçu dövlətdir və qanunvericilyə uyğun olaraq bunu rəsmən tanınmağın zamanı çoxdan yetişib", - Qrem bəyan edib.
 
Senator həmçinin qeyd edib ki, bu yaxınlarda Rusiyanın "planetdə ən repressiv rejimlərdən olan" Şimali Koreya ilə hərbi alyans haqqında sazişi sonuncu damladır və ABŞ öz dəyərləndirmələrində daha çəkinməməlidir.
 
Blümental hesab edir ki, Rusiya Ukraynada "qəddar zorakılıq və təcavüz kampaniyası, minlərlə günahsız sakinlər arasında dəhşət və ölüm saçaraq saysız-hesabsız vəhşiliklər və insanlığa qarşı cinayətlər törətməklə  "izqoylar klubu"nda öz "layiqli" yerini tutmalıdır.
 
Bu, amerikalı senatorların Rusiyanın terrorçu dövlət statusunun müəyyən edilməsinə artıq ikinci çağırışdır.
 
Birinci dəfə Qrem və Brümental 2022-ci ilin sentyabrında Senata analoji qanun layihəsi təqdim edib.
 
O zaman prezident Co Bayden Rusiyanın Şimali Koreya, Kuba, İran və Suriyanın artıq olduğu terrorçuluğa sponsorluq edən ölkələr siyahısına daxil edilməsini dəstəkləməyib.
 
2022-ci ilin avqustunda "Politico" nəşri yazıb ki, ABŞ Rusiyanı bu siyahıya salmağa ehtiyat edir, çünki taxılın Ukraynanın Qara dəniz limanlarından çıxarılması barədə sazişi təhlükə altına qoya bilər. 
 
Taxıl sövdələşməsinin pozulacağından başqa, Bayden administrasiyasını Rusiya ilə nüvə proqramları üzrə əməkdaşlığın dayandırılacağı narahat edib.
 
2023-cü ilin iyulunda Rusiya taxıl təşəbbüsündən çıxması barədə bəyan edib. Həmin ilin noyabr ayında Rusiya nüvə sınaqlarının tamamilə qadağan edilməsi barədə Müqavilənin təsdiqini geri götürüb.
 
2022-ci il mayın 10-da Litva Rusiyanı rəsmən terrorçu dövlət kimi tanıyan ilk ölkə olub. Sonradan Ukrayna, Latviya, Estoniya, Çexiya, Niderland, Polşa  Slovakiya belə bəyanatlarla çıxış edib.
 
2022-ci il noyabrın 23-də Avropa Parlamenti 705 səsdən 494 səslə Rusiyanın terrorçuluğa sponsorluq edən terrorçu metodları tətbiq edən terrorçu dövlət kimi tanıyıb.
 
O zaman, 2022-ci ilin payızında Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası, 2023-cü ilin yayında isə ATƏT Parlament Assambleyası belə qərarlar verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
moderator.az

1Источники