Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün II turun görüşlərinə yekun vurulacaq.
Günün ilk qarşılaşmasında Gürcüstan və Çexiya milliləri üz-üzə gəliblər. Turnirə məğlubiyyətlə başlayan komandaların duelində qalib müəyyənləşməyib.
Qrupun digər oyunu Dortmund şəhərində Türkiyə millisi ilə Portuqaliya arasında baş tutub. Darmadağınla qalib gələn pireneylilər 1/8 finala vəsiqəni təmin ediblər. Türkiyə isə 3-cü turda Çexiya ilə matçda sərfəli nəticəyə ümid etməlidir.
Günə və ümumiyyətlə II tura Köln şəhərində yekun vurulacaq. Son qarşılaşmada E qrupunda yer alan Belçika və Rumıniya münasibətlərinə aydınlıq gətirəcək.
AÇ-2024
22 iyun
II tur
F qrupu
Gürcüstan - Çexiya 1:1
Qollar: Georgi Mikautadze, 45+4-pen. - Patrik Şik, 59.
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq. “Folksparkştadion”.
Türkiyə - Portuqaliya 0:3
Qollar: Bernardu Silva, 21. Samet Akaydın, 28-öz qapısına. Bruno Fernandeş, 56.
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund. "Siqnal İduna Park".
E qrupu
23:00. Belçika - Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Enerqi” stadionu.