RU

YENİ KƏŞF: iflic üçün daha effektli müalicə üsulları hazırlanır

Ohayo Dövlət Universitetinin nevroloqları sinir liflərini bərpa edə bilən insan leykositinin yeni növünü kəşf ediblər.

Publika.az xəbər verir ki, "Nature Immunology" jurnalında araşdırmanın nəticələri iflic üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

Normal şəraitdə zədələnmiş sinir hüceyrələri bərpa olunmur, bu da geri dönməz nevroloji zədələnmələrə gətirib çıxarır. Bununla belə, elm adamları sümük iliyi hüceyrələrini xüsusi molekullarla stimullaşdıraraq, onları zədələnmiş sinir hüceyrələrinin sağ qalmasına və bərpasına kömək edən regenerativ hüceyrələrə çevirə biliblər.

Komanda səkkiz fərqli insan donorundan sümük iliyi hüceyrələri çıxarıb. Bütün nümunələr sinir hüceyrələrinin bərpasını uğurla inkişaf etdirib, stress altında sağ qalma müddətini üç dəfə artırıb. Bu da öz növbəsində degenerativ xəstəliklərin inkişafını yavaşlatmaq və ya qarşısını almaq, habelə zədələrin təsirlərini müalicə etmək potensialını göstərir.

Избранный
68
3
publika.az

4Источники