RU

Patrik Şik Zidan və Fernando Torresi qabaqladı

Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Gürcüstanla oyununda Çexiya millisinin hücumçusu Patrik Şikin vurduğu qol forvardın Avropa çempionatında altıncı qolu olub.

90deqiqe.Az-ın məlumatına görə, belə ki, Çexiya millisinin futbolçusu hərəyə beş qol vuran Fransa millisinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidan, ispan Fernando Torres, polşalı Robert Levandovski, almanlar Mario Qomez və Yurgen Klinsmannı və Yuqoslaviya millisinin sabiq futbolçusu Savoyanı ötüb.

28 yaşlı Çik Avropa çempionatında vurduğu qolları Nuno Qomeş (Portuqaliya), Tyeri Anri (Fransa), Romelu Lukaku (Belçika), Alvaro Morata (İspaniya), Zlatan İbrahimoviç (İsveç), Ueyn Runi (İngiltərə) Patrik Kluivert və Ruud van Nistelrooy (hər ikisi Hollandiyadan) kimi futbolçulara çatıb. 

Xatırladaq ki, Avropa çempionatı tarixinin bombardiri portuqaliyalı Kriştianu Ronaldodur (14 qol).

Qeyd edək ki, Gürcüstan - Çexiya 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
90deqiqe.az

1Источники