“Qarabağ” Rusiyanın “Krasnodar” klubunda çıxış edən Kadi Borgeslə razılıq əldə olunması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş direktoru Asif Əsgərov “Sport-eksporess” nəşinə açıqlamasında məlumatı təkzib edib:
“Qarabağ”ın “Kadi” ilə müqavilə imzalaması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”, – klub rəsmisi bildirib.
Qeyd edək ki, Kadinin agenti “Qarabağ”dan rəsmi təklif aldıqlarını və danışıqların davam etdiyini açıqlayıb.