Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün II turun görüşlərinə yekun vurulacaq.
Günün ilk qarşılaşmasında Gürcüstan və Çexiya milliləri üz-üzə gələcəklər. Hər iki komanda turnirə məğlubiyyətlə başlayıb.
Qrupun digər oyunu Dortmund şəhərində qardaş ölkə Türkiyə millisi ilə Portuqaliya arasında baş tutacaq. Hesabında 3 xal olan kollektivlərdən hansı qalib gəlsə, 1/8 finala vəsiqəni təmin edəcək.
Günə və ümumiyyətlə II tura Köln şəhərində yekun vurulacaq. Son qarşılaşmada E qrupunda yer alan Belçika və Rumıniya münasibətlərinə aydınlıq gətirəcək.
AÇ-2024
22 iyun
II tur
F qrupu
Gürcüstan - Çexiya 0:0 (1-ci hissə)
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq. “Folksparkştadion”.
20:00. Türkiyə - Portuqaliya
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund. "Siqnal İduna Park".
E qrupu
23:00. Belçika - Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Enerqi” stadionu.