Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli bina yanır. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, Qazaxıstan FHN-in bölmələri Astanada yerləşən 26 mərtəbəli hündürmərtəbəli binada baş vermiş yanğını söndürür. Nazirliyin məlumatına görə, yanğın 26-cı mərtəbədə baş verib. Yanğının söndürülməsinə 16 texnika və 72 canlı qüvvə cəlb olunub. İndiyədək 1-i uşaq olmaqla 8 nəfəri təxliyə edilib. Ölənlər və yaralananlar barədə məlumat verilməyib.